Makadams: “ABŞ-ın söz azadlığını müdafiə etməyə mənəvi haqqı çatmır” İTTİHAM
"Qərb hökumətləri demək olar ki, hər gün hakimiyyətə qarşı alternativ mövqe sərgiləyən, onların nəzər nöqtələrini bölüşməyən vətəndaşlarını cəzalandırır. ABŞ isə bu sırada xüsusilə, "söz zazadlığını pozan" əsas ölkə kimi fərqlənir". SİA-nın məlumatına görə, bu barədə Ron Pol institunun icraçı direktoru Daniel MakAdams deyib.
Onun sözlərinə görə, ABŞ-ın söz azadlığını müdafiə etməyə mənəvi haqqı çatmır: "ABŞ administrasiyasının söz azadlığını müdafiə edən yürüşlərdə, Parisdə terror aktı nəticəsində həlak olan insanların xatirəsini yad edən "Respublika marşı"nda iştirak etməyə haqqı çatmır" -deyə, institutun rəhbəri MakAdams "sputnik" agentliyinə verdiyi müsahibəsində vurğulayıb.
Adıçəkilən ekspert sual edib ki, dünyanın əsas dövlətlərindən biri hesab olunan və Birinci düzəlişi pozan (burada ABŞ Konstitusiyasinin söz və mətbuat azadlığına zəmanət verən düzəliş nəzərdə tutulub – red.) ölkənin nümayəndələrinə bu haqqı kim verib?
Makadams hesab edir ki, Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələr də bu sıraya aiddir. Onun fikrincə, "söz azadlığına hörmətsizlik göstərilərkən", qərb dövlətləri, o cümlədən ABŞ "terror təşkilatlarını dstəkləyir və onları silahlandırır".
Ron Pol institunun rəsmisi daha sonra deyib ki, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya uzun illərdir ki, Suriyada, Liviyada baş qaldıran qiyamçılara fəal şəkildə dəstək göstəriblər. Onların məqsədləri məhz özlərinə sərf etməyən siyasi rejimləri devirməkdən ibarət olub: ""Charlie Hebdo" dərgisinin redkasiyasına hücum edən Kuşai qardaşları əslində, Fransanın xarici siyasət maraqlarını müdafiə edib. Belə ki, onlar da Bəşər Əsəd rejiminə qarşı Suriyada mübarizə aparırdılar. Hətta həmin qardaşlar Suriyadakı mübarizələrində Fransanın istehsal etdiyi silahlardan da istifadə ediblər. Çünki Fransa qiyamçılara müxtəlif cür silahlarla yardım edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB