"Charlie Hebdo" jurnalına qarşı edilən hücumun "Nyu-York Times" qəzeti tərəfindən mətbuatın dərs çıxarması kimi qiymətləndirilməsi bir daha onu göstərir ki, ayrı-ayrı nüfuzlu mətbuat orqanları və ya nüfuzlu media ekspertləri belə məsələlərə subyektiv yanaşırlar". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Baş redaktor deyib ki, burada da ikili standartlar bir daha özünü göstərməkdədir: "Hətta burada çoxlu standartların olduğunu da görmək mümkündür. Belə bir hadisə baş ölkədə versəydi bunu mütləq şəkildə söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi qiymətləndiriəcəkdilər. Ona görə hesab edirəm ki, bu reallığı qəbul etmək lazımdır ki, dünyada hadisələrə asimmetrik yanaşma var".
H. Babaoğlu vurğulayıb ki, hər bir ölkənin mediası ölkəsinin milli maraqları qorumalıdır: "Ölkənin milli mediası mütləq şəkildə dövlətinin maraqlarına uyğun şəkildə çıxış etməlidir. Ona görə də bizə ideallaşdırılaraq, cilalanaraq təqdim olunan idealist azadlıqlar bugünkü siyasi praqmatizmlə ziddir. Bu kimi hadisələrin timsalında biz bir daha bunun şahidi olduq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB