Qabil Hüseynli: “Fransadakı terror aktı qərbdəki islamofobiya ilə bağlıdır”

Qabil Hüseynli: “Fransadakı terror aktı qərbdəki islamofobiya ilə bağlıdır”

"Fransada baş verən terror aktından sonra artıq müsəlmanlara qarşı anti-təbliğat kampaniyasına start verilib". Bu sözləri SİA-ya açıqlamasında, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, artıq bəzi Avropa ölkələrində müsəlmanlara qarşı hücum kampaniyasına başlanılıb və bu yöndə kütləvi nümayişlər keçirilir, müsəlmanların Avropadan, ilk növbədə Fransadan çıxarılması üçün şüarlar səsləndirilir: "Əslində əvvəllər də müsəlmanlara qarşı bir kampaniya mövcud idi. Fransadakı terror aktının törədilməsində də anti-müsəlman təbliğatı, islamofobiya böyük rol oynayıb. Bir sözlə Avropada çox təəssüflər olsun ki, sağçılar və onların əsas radikal qanadı olan millətçilər sayca çoxalmaqda, təşkilatlanmaqdadırlar. Bunun da nəticəsində müsəlmanlara qarşı müxtəlif təzyiqlərin sayı artır. Biz 21-ci əsrdə müxtəlif sivilizasiyaların birlik olacağını düşünürdük, amma çox təəssüf ki, kimlərsə sivilizasiyalararası qarşıdurmalara və toqquşmalara dəstək verir".

Bütün xəbərlər Facebook səhifəmizdə