"Radikal mövqe nümayiş etdirən əksər siyasi partiyalarla, xüsusən də AXCP və Müsavatla heç bir siyasi partiya əməkdaşlıq etmək istəmir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, uzun illər bu iki siyasi partiya arasında gedən savaş, eyni zamanda onların Azərbaycanın dövlət və milli maraqları ilə bağlı nümayiş etdirdikləri qeyri-səmimi, riyakar mövqe son nəticədə siyasi arenada onlara qarşı qeyd olunan münasibətin yaranmasına səbəb olub: "Bu il seçki ilidir. Hesab edirəm ki, bu il Azərbaycanda radikal düşüncənin iflası ili olacaq. Artıq fərqli siyasi partiyalar siyasi arenada daha qabarıq şəkildə görünməyə başlayacaqlar. Yəni Müsavat və AXCP-nin dövrü bitib. Əslində, çoxdan bitib, sadəcə onlardan istifadə etməyə çalışan ayrı-ayrı xarici qüvvələr Azərbaycanda radikal siyasi düşüncənin qorunub, saxlanmasında maraqlı idilər. Lakin hər şeyin bir sonu olur. Bu gün onlar hətta nüfuz müvəkkilliyini yerinə yetirməyə də yaramırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB