"Bu fikirlər ermənilərin növbəti uydurmasıdır. Onlar bu cür fikirləri mətbuata yaymaqla Azərbaycan və Rusiya tərəfinin ictimai rəyini, münasibətini öyrənmək istəyirlər". Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Elman Məmmədov erməni şərhçisi Akop Baqdasaryanın Dağlıq Qarabağın Azərbaycana qaytarılacağı təqdirdə bu ərazidə Rusiyaya məxsus hərbi bazaların yerləşdirilməsinə dair iddialarına münasibətini bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir: "Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə Azərbaycanın müstəqil dövlət olduğunu, birmənalı şəkildə müstəqil siyasət yürütdüyünü dünyaya bəyan edib. Bizim ərazimizdə heç bir dövlətin hərbi bazası yerləşməyəcək. Hansısa dövlətin hərbi hissəsinin Azərbaycan ərazilərində yerləşməsi müstəqilliyimizin pozulması deməkdir".
Komitə üzvü həmçinin qeyd edib ki, erməni politoloqları dəfələrlə bu kimi fərziyyələr irəli sürsələr də, onların bu proqnozları heç vaxt özünü doğrultmayıb, bundan sonra da doğrultmayacaq: "Dağlıq Qarabağ bizim ərazilərimizdir və gələcəkdə düşməndən azad olunduqdan sonra Dağlıq Qarabağda hər hansı bir hərbi hissənin yerləşdirilməsi nəzərdə tutulmur. Akop Baqdasaryanın bu mövzudakı fikirləri olduqca gülüncdür".
İntizarə Məəmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB