Elşən Musayev: “Terror təşkilatlarının missiyası bəzi dövlətlərin mənafeyini qorumaqdır”

"Dünya birliyinin terror təşkilatlarına hər zaman müəmmalı yanaşması olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev bildirib.

Onun sözlərinə görə, böyük terror təşkilatları iri dövlətlərin özləri tərəfindən yaradılıb: "Terror təşkilatlarının varlığı, dövlətlər üzərində olan qlobal təhlükələr bəzi inkişaf etmiş ölkələrin siyasi oyunları nəticəsində meydana gəlir. Bu gün bütün dünyaya səs salan İŞİD-i terror təşkilatı kimi tanımamaqlarının arxasında da, məhz bu siyasi oyunlar dayanır. Azərbaycan uzun illər ASALA ilə bağlı beynəlxalq təşkilatlara, iri dövlətlərə müraciətlər edib. Ancaq edilən hər bir müraciət müxtəlif bəhanələr gətirilərək sıradan çıxarılıb. Bu günün özündə belə PKK terror təşkilatı ilə mübarizə Türkiyə dövlətinin ən önəmli məsələlərindəndir. Ancaq PKK terror təşkilatı da digər terror təşkilatları kimi qərbdən idarə olunur. Məhz buna görə də, bu cür təşkilatlarla mübarizə heç də asan məsələ deyil. Rəcəb Tayyib Ərdoğan problemin həlli yolunda müəyyən irəliləyişlərə nail olmağa çalışır, ancaq əvəzində ona qarşı olan reaksiyalarda müsbətə doğru heç bir addım atılmır. Əksinə, bu mübarizə bəzi qərb dövlətlərinin narazılıqlarına səbəb olur. Ümumiyyətlə terror təşkilatlarının yaradılması iri dövlətlərin siyasi oyunlarının nəticəsidir, onların missiyası isə məhz həmin dövlətlərin mənafeyini qorumaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə