MSK Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verib

MSK Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verib

Mərkəzi Seçki Komissiyası Milli Məclisin deputatı Asəf Hacıyevin səlahiyyətlərinə xitam verib. SİA-nın məlumatına görə, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarova deyib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilən Asəf Hacıyev yanvarın 5-də MSK-ya yazılı müraciət edərək deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Seçki Məcəlləsinin 175 və 176-cı maddəsinə görə müvafiq müraciət daxil olduqdan sonra 2 gün sonra deputatın müraciətinə baxılır.

Daha sonra müraciət məsələ səsverməyə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə