"Foreign Affairs" jurnalının yanvar-fevral 2015-ci il sayında Azərbaycana həsr olunmuş "Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc" (Azerbaijan 2020: Turning Strength into Sustainability) adlı xüsusi buraxılış dərc olunub. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, sözügedən buraxılışda ölkəmizin siyasi-iqtisadi inkişafı, xarici siyasəti, enerji strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr,nəqliyyat infrastrukturu, informasiya və kommunikasiya texnologiyaları və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, turizm potensialı, ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar və "ASAN-xidmət" və 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Avropa oyunları haqqında ətraflı məlumat öz əksini tapıb.
"Foreign Affairs" jurnalının Azərbaycana həsr olunmuş buraxılışı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.foreignaffairs.com/files/attachments/Azerbaijan-Reprint-Low-res.pdf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB