"ABŞ-ın bəzi təşkilatlarının ölkəmiz haqqında qərəzli fikirləri ilk dəfə deyil. Ona görə də bundan bir Azərbaycan vətəndaşı kimi narahatçılıq keçirirəm". Bu fikirləri SİA-ya Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli son günlər ABŞ mətbuatının Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsinə, eyni zamanda "The Huffington Post" qəzetinin ölkəmizin adında təhqiramiz ifadələrə yol verməsinə münasibət bildirərkən deyib.
"Son zamanlar "Azadlıq" radiosu ilə bağlı məsələlərdə bu, ifrat dərəcəyə çatıb" -deyə xatırladan Müşviq Ələsgərli qeyd edib ki, bunlar artıq etik qaydaları aşaraq təhqirlərə yol verirlər: "Bu, heç də özünü supergüc elan edən ABŞ kimi dövlət üçün yaxşı əlamət deyil. Həmçinin, özünü demokratiyanın carçısı kimi dünyaya təqdim edən bir dövlətin adına xələl gətirən amildir. Ölkəsində bir çox problemləri həll etməyə çalışmayan dövlət digər dövlətlərə ağıl dərsi verməsi absurddur, gülünc səslənir".
Mətbuat Şurasının rəsmisi deyib ki, bir sıra məsələlərdə ABŞ-da Azərbaycana yanaşmalar birmənalı deyil: "Onların özlərinin açıqlamalarında belə qeyd olunub ki, bu radionun bağlanmasında birbaşa ABŞ kəşfiyyat orqanlarının rolu olub. Həqiqəti görməyi bacaran insanlar baş verən hadisələrdə ABŞ-ın günahı olduğunu, öz siyasətlərində dəyişiklik etməli olduqlarını dilə gətirirlər. Səsləndirilən fikirlər sözügedən dövlətin siyasəytini dəyişmək gücündə olmasa belə, obyektiv düşüncənin yaxın gələcəkdə öz təsirini verəcəyinə inam yaradır".
Müşviq Ələsgərli "The Huffington Post" qəzetinin Azərbaycanla bağlı qərəzli yazısında ölkəmizin adına təhqilər yağdırılmasından sonra həmin fikirlərin "Azadlıq" qəzetində manşetə çıxarılmasına da fikir bildirib və qeyd edib ki, bu kimi hallar yolverilməzdir. Mətbuat Şurasının idarə heyətinin üzvü deyib ki, əgər konkret şikayət olsa, o zaman məsələ araşdırıla bilər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB