Niyaməddin Orduxanlı: “Bu adamların özləri bir qara qəpiyə dəyməz” AÇIQLAMA
"Əvəz Zeynallının Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməsini normal qarşılayıram və bununla bağlı ironiya edən adamları xəstə sayıram". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyasının sədr müavini Niyaməddin Orduxanlı "Xural" qəzetinin baş redkatoru Əvəz Zeynallının Fəxri Xiyabanı ziyarət etmələsinə münasibət bildirərkən deyib.
BAXCP-nin sədr müavini bu kimi addımları tənqid edəbləri qeyri-normallıq kimi qiymətləndirib: "Normal insan bununla bağlı hər hansı bir irad və ya nöqsan axtarmaz. Fəxri Xiyabanda olan insanların böyük əksəriyyəti Azərbaycan xalqının dəyərli, ləyaqətli, xilasgarı olmuş vətəndaşlarıdır. Bu barədə əlavə söz-söhbət yaradan adamların özləri bir qara qəpiyə də dəyməz. Bununla bağlı, məhz başıpozuq və radikal müxalifətin təlxək adamları fikir bildirir. Bu baxımdan, hesab edirəm ki, ümumiyyətlə ağlı başında olan şəxs heç vaxt ziyarətlə bağlı fikir bildirməz".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB