2015-ci il yeni uğur və nəaliyyətlər ili olacaq

2015-ci il yeni uğur və nəaliyyətlər ili olacaq

Bütün illərdə olduğu kimi yola saldığımız 2014-cü il də Azərbaycan gəncliyi üçün yaddaqalan və önəmli il kimi tarixə düşdü. Hər zamankı kimi Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü uğurlu gənclər siyasəti yenicə qarşıladığımız 2015-ci ildə də öz uğurlu sözünü deyəcəkdir. Bununla bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri öz fikirlərini bildiriblər. Onlar qeyd ediblər ki, dövlətçiliyin və ölkə quruculuğunun tərəqqisində, YAP-ın gənclər siyasətinin daha uğurlu müstəviyə çıxmasında, Azərbaycan gəncliyininin daha mütəşəkkil formalaşması istiqamətində atılan addımlarda fəal iştirak edəcəklər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov: "YAP gənclərinin 2015-ci ildən gözləntiləri böyükdür"

- 2015-ci ildə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi olaraq bir sıra önəmli tədbirlər, layihələr həyata keçirməyi düşünürük. Belə ki, YAP GB-nin üzv olduğu, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların paytaxt Bakıda forumunun keçirilməsi nəzərdə tutulur. Əsas məqsədi dünya gənclərinin problemlərinin, gözləntilərinin nədən ibarət olduğunu öyrənmək olan forumun gənclərimizin ictimai-siyasi fəaliyyətinə böyük töfvə verəcəyinə inanırıq. Eyni zamanda yanvar ayında 20 Yanvar faciəsinin ildönümündə şəhidlərimizin ruhunu yad etmək üçün YAP gəncləri Şəhidlər Xiyabanını ziyarət etməyi düşünür. Bundan başqa Gənclər Günü ilə əlaqədar genişmiqyaslı tədbirlər planı hazırlanır ki, orada bizimlə mütəmadi işləyən bir qrup mətbuat nümayəndələrinin təltifi də gözlənilir. Bəzi xarici dövlətlərin nüfuzlu partiyalarından, gənclər təşkilatlarından əməkdaşlıqla bağlı dəvətlər gəlməkdədir. Bu günlərdə Makedoniyanın Türk Demokrat Partiyasından gələn dəvəti dəyərləndirmək məqsədilə gənclərin Makedoniyaya səfəri gözlənilir. Sadaladıqlarım 2015-ci ildə nəzərdə tutulan tədbirlərin cuzi bir hissəsidir. Ümumilkdə isə YAP gənclərinin 2015-ci-ildən gözləntiləri böyükdür.

YAP Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov: "Qarşımızda yeni istiqamətlər və hədəflər dayanıb"

- 2014-cü ildə gənclərimiz dövlətin yaratdığı bütün imkanlardan səmərəli istifadə edərək istər ölkədaxili, istərsə də ölkəxarici tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. Ötən ildə olduğu kimi bu ildə də gənclər siyasətində əldə edilən uğurlar silsilə xarakter daşıyacaqdır. Qarşımızda yeni istiqamətlər və hədəflər dayanıb ki, bunları reallaşdırmaq üçün gənclərimiz bütün var gücünü səfərbər etməlidir. Gənclərin ictimai-siyasi proseslərdə aktivliyinin davamlı olmağı, elmi potensilaının dünya səviyyəsində öz sözünü deməyə hesablanan Azərbaycan Gəncliyi Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində gənclər həm təhsil, həm sosial, həm siyasi tərəflərdən özünəməxsus şəkildə yararlanmaqdadır. Biz də öz növbəmizdə Yeni Azərbaycan Partiyası (YAP) gəncləri olaraq hər zaman olduğu kimi bu il də yeni təşəbbüslərlə, layihələrlə, ideyalarla çıxış edəcəyik.

YAP GB-nin Nərimanov rayon təşkilatının sədri Yusif Babanlı: "Biz qürur duyuruq ki, inkişaf edən Azərbaycan gəncləriyik və bu yolda irəlləyirik"

- Gənclər sektorunda ötən illər ərzində görülən işlər onun deməyə əsas verir ki, Azərbaycan gəncləri yeni ildə yeni-yeni uğurlara imza atacaq. 2015-ci ili Azərbaycanın idman sahəsində qazandığı uğurların pik nöqtəsi olduğunu söyləyərdim. Bütün Avropanın diqqət mərkəzini Bakıya toplayan ilk Avropa yay oyunları biz gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bunun üçün YAP Nərimanov rayon gənclər təşkilatı rayonun ali və orta mətəblərində bu istiqamətdə tədbirlər həyata keçirməyi düşünür. Görülən işlərin uğurlu nəticələr verəcəyinə ümüd bəsləyirəm. Biz qürur duyuruq ki, inkişaf edən Azərbaycan gəncləriyik və bu yolda irəlləyirik. Dövlətimiz tərəfindən yaradılan hər cür şəraiti yüksək qiymətləndirərək, Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu gənclər siyasətini dəstəkləməyi qarşımıza ali məqsəd qoymuşuq.

YAP GB-nin Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev: "Bu il YAP Gənclər Birliyi fəaliyyətində yeniliklərə imza atmağı düşünür"

- 2014-cü ildə YAP Gənclər Birliyi istər siyasi, istər iqtisadi, istərsə də mədəni istiqamətdə bir sıra tədbirlər həyata keçirib ki, bu da Azərbaycan cəmiyyətinin mütləq intellektual əksəriyyəti tərəfindən dəstəklənib. Bu ənənəni bu ildə davam etdirməyi düşünürük. Əsasən cəmiyyətin tələbinə, gənclərin maraqlarına uyğun olan layihələrin təşkilatçısı olan YAP Gənclər Birliyinin əsas vəzifəsi gəncləri düzgün yönə istiqamətləndirməkdir. Gənclərin maarifləndirilməsi, dünyagörüşünün artırılması, vətənpərvər ruhda tərbiyə olunması, həmçinin, asudə vaxtlarının səmərəli keçirilməsi üçün də müxtəlif layihələr reallaşdırır. Bu layihələr gənclərin bilik və bacarıqlarının artırılması, daha geniş dünyagörüşünün formalaşdırılması, onların Vətənə, millətə sədaqət və xidmət ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə və dəyərə malikdir. Bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan hər bir gənc dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə edir, həm öz partiya üzvlüyü məsuliyyətini dərindən dərk edir, həm də partiyanın apardığı işə yaxından dəstək olur. Bu il YAP Gənclər Birliyi fəaliyyətində yeniliklərə imza atmağı, yeni layihələr həyata keçirməyi gənclərlə fəal iş aparmağı qarşısına məqsəd qoyub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə