"Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda verilən mesajların Ermənistanda böyük narahatçılıqla qarşılanması təbii ki, Azərbaycanın günü-gündən artan qüdrətinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daima ikili standartlardan çıxış edir: "Azərbaycan hakimiyyəti heç bir zaman beynəlxalq təşkilatların saxta vədlərinə inanmır və bu məsələni sülh yolu ilə, diplomatik danışıqlar vasitəsilə həll etməyə çalışır. Lakin tam əminliklə demək olar ki, diplomatik danışıqlar yolu ilə bu problemin həlli məsələsi uzansa, Azərbaycanın qüdrətli ordusu müharibə yolu ilə öz əzəli və əbədi torpaqlarını işğaldan azad etmək qüdrətindədir. 2015- ci ildə məsələnin müharibə yolu ilə həlli məsələsi bir o qədər real görünmür. Ancaq Azərbaycanın hərbi qüvvələrinin hər keçən gün daha da güclənməsi bu məsələnin tezliklə həll olunacağına əminlik yaradır. Bu, artıq hər kəsə bəllidir ki, Ermənistanın arxasında çox güclü təşkilatlar dayanır, ancaq Azərbaycanın bugünkü inkişaf səviyyəsi istənilən halda bu problemin həll olunmasına zəmin yaradır. Daima öz maraqlarını güdən beynəlxalq təşkilatlardan məsələnin həlli yönündə hər hansı bir demokratik addım gözləmək düzgün deyil. 2015-ci ildə mövcud problemin həlli ilə bağlı hansı hadisələrin baş verəcəyini qabaqcadan planlaşdırmaq çətindir. Lakin əminliklə deyə bilərəm ki, Azərbaycan hakimiyyəti getdikcə müharibə variantına yaxınlaşır. Hesab edirəm ki, Azərbaycan bütün hallarda öz torpaqlarını geri qaytarmaq əzmindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB