Namiq Əhmədov: "Uğurlarımız 2015-ci ildə də davam edəcək" MÜNASİBƏT
"Ümumiyyətlə, tam əminliklə demək istərdim ki, ötən il Yeni Azərbaycan Partiyası (YAP) üçün, xalqımız və dövlətimiz üçün bir çox uğurlarla yadda qaldı və bu uğurlar yenicə qarşıladığımız 2015-ci ildə də davam etdiriləcək". Bu fikirləri SİA-ya YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov 2014-cü ilin uğurları barədə münasibətini açıqlayarkən deyib. Namiq Əhmədov bildirib ki, bütün bu uğurların təməlində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının yürütdüyü mükəmməl siyasi xətti və qətiyyətli mövqeyi dayanır: "O cümlədən, bu gün əldə edilən uğur faktorunun daha bir əhəmiyyətli məqamı, xalqımızın Prezident İlham Əliyevə olan inamı və Onun ətrafında sıx birləşməsidir. Məhz bu vəhdət, bu sarsılmaz inam Prezidentimizə öz fəaliyyətində davamlı nailiyyətlər əldə etməsinə zəmin yaradır".
YAP Siyasi Şurasının üzvü onu da xatırladıb ki, Azərbaycan ötən il sosial-iqtisadi, mədəni, siyasi və s. sahələrdə qazandığı nailiyyətləri ilə bir daha sübut etdi ki, ölkəmiz hələ bundan sonrakı illərdə də öz yüksəlişini davam etdirəcək: "Ötən ilin sonlarında ölkəmizdə növbəti seçkilər – bələdiyyə seçkiləri keçirildi. Bu seçkilərdə YAP bir daha öz liderliyini təsdiq etdi. O cümlədən, YAP Xəzər rayon təşkilatı da bələdiyyə seçkisinə inamla gedərək, namizədləri ilə seçki uğuru qazandı. Və bu, partiyamızın bütün rayon təşkilatlarında müşahidə edildi".
Namiq Əhmədov daha bir amilə də toxunaraq bildirdi ki, hakim partiyadan fərqli olaraq, xüsusilə, radikal təmayüllü müxalifət partiyaları öz zəifliklərini, xalqdan dsətək ala bilməyəcəklərini daha öncədən dərk edərək, bələdiyyə seçkisinə qatılmadılar. Bu isə həm də belə düşünməyə əsas verir ki, əgər bunlar bələdiyyə seçkisinə qatılmağa cürət etmirlərsə, bu zaman digər seçkilərdə ümumiyyətlə, heç nəyə nail ola bilməyəcəklər. Biz dəfələrlə belə halların şahidi olmuşuq".
Namiq Əhmədov deyib ki, qarşıdan daha bir mühüm seçkilər – 2015-ci ilin parlament seçkiləri gəlir: "Tam şəkildə ümidvaram ki, bu il də bizim üçün yeni-yeni uğurlar, müvəffəqiyyətlər gətirəcək. 2015-ci il seçki ildir və bir neçə aydan sonra partiyamız, təşkilat rəhbərliyi bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verəcək. Beləliklə, YAP hər zaman olduğu kimi, bu dəfə də seçkilərə qələbə, zəfər əzmi ilə gedəcək. Müxalifət isə hər zmaan olduğu kimi yenə də yerində sayacaq. Çünki onlar heç vaxt xalqa arxalanmayıblar. Onların arxalandıqları tərəflər isə bəllidir. Xarici siyasi dairələr, Qərbdə fəaliyyət göstərən və bilavasitə erməni lobbisi ilə iş birliyində olan şəxslər və s. Bu qüvvələr Azərbaycanın inkişafını, tərəqqisini istəməyənlərdirlər və buradakı radikal müxalifət ünsürləri dövlətçilik maraqlarını, xalqın maraqlarını belə qüvvələrə satmaqla məşğuldurlar. Ancaq biz dəfələrlə onun şahidi olmuşuq ki, 20 ildən artıq müddətdir ki, müxalifətçilik edən bu xəyanətkarla toplumu ötən illər ərzində heç nəyə, heç bir istəklərinə nail olmağı bacarmadılar. Yəni bu bir aksiomadır ki, radikallıq, dağıdıcılıq, mirlli və dövlətçilik maraqlarını satmaqla heç bir siyasi uğur əldə etmək olmaz. Bunun nəticəsi iflasdır ki, biz də bunu həmin müxalifətdə görürük".
YAP Xəzər rayon təşkilatının sədri bildirib ki, artıq Azərbaycan öz inkişaf və tərəqqi mərhələsinin yüksəliş dövrünü yaşayır: "Bütün ölkəmizdə tikinti-quruculuq, abadılıq və yenilənmə işləri gedir. Bu müasirlik Xəzər rayonunda da görünməkdədir. Əlbəttə ki, mən burada rayonumuzdan millət vəkili seçilmiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusilə vurğulamaq istərdim. Mehriban xanım Azərbaycanın dünyada tanıdılmasında gördüyü misilsiz işləri ilə əvəzsiz töhfələrini verib. 2015-ci il həm də Azrbaycanın tarixinə möhtəşəm idman hadisələri ili kimi yazılacaq. Mehriban xanım Əliyeva Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri kimi var gücü ilə çalışır. Bu gün Azərbaycanda tikilən stadionlar, idman sarayları müasir standartların ən yüksəkpilləsində yer alır. Əlbəttə ki, bütün bu uğurlar xalqımızda qürur, fərəh hissi yaradır və bizlərin hər biri Azərbaycan vətəndaşlı olmağımızdan fəxr duyuruq."
Namiq Əhmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hər kəsi təbrik etdiyini də qeyd edib: "Mən də fürsətdən isrifadə edərək, hər birinizi bu möhtəşəm bayramlar münaibəti ilə təbrik edir, can sağlığı və yeni-yeni müvəffəqiyyətlər arzulayıram".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB