Diaspora rəhbəri: “Məsələ ilə bağlı beynəlxalq təşkilatlara etirazımızı bildiririk” AÇIQLAMA
"Azərbaycan dövlətinin apardığı siyasət paralel olaraq diaspor təşkilatlarında da aparılır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov deyib.
Onun sözlərinə görə, diaspor təşkilatlarının inkişafı son dövrlərdə həyata keçən layihələrdə özünü göstərir: "Bu günlərdə dünyanın bütün ölkələrində olduğu kimi Ukraynada da əsası Ulu Öndər tərəfindən qoyulmuş azərbaycançılıq ideyası özünü göstərməkdədir. Ukrayna Rusiyadan sonra Azərbaycan Diasporunun sayına görə ikinci ən böyük diasporudur".
Hikmət Cavadov ötən gün Azərbaycanın işğal altında olan ərazisi Dağlıq Qarabağda hökm oxunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ukraynada təbliğat aparılmasına da münasibət bildirib: "Ukrayna Parlament nümayəndələri ilə bərabər bu işlər ilə bağlı məsələnin Ukrayna Parlamentində qaldırılması üçün çalışırıq. Bundan əlavə, Beynəlxalq Təşkilatlara da Diasporumuz adından təklif və etiraz məktublarımızı göndəririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB