"Cənab Prezidentin əfv sərəncamı şamil edilən məhbuslardan birinin də mənim qardaşım olması çox sevindirici haldır. Ümumilkdə bu sərəncamı ölkə Prezidentinin növbəti humanist addımı kimi dəyərləndirirəm". Bu fikirləri SİA-ya ADP Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun əfv olunmasına münasibətini açıqlayarkən deyib.
ADP sədri qeyd edib ki, bu günlərdə keçirilən iqtidar-müxalifət dialoqunda bu mövzunu önə çəkmişdik və bu gün də nəticəsini görməkdəyik: "Biz söyləmişdik ki, əgər iqtidar Azərbaycanda sözün əsl mənasında həmrəyliyə nail olmaq istəyirsə, siyasi dialoqa getməyi düşünürsə, o zaman bu kimi məsələlərin də həll olunmasında maraqlı olduğunu göstərməlidir və biz bunun şahidi olduq. Çox şadam ki, fikirlərimiz önəmsindi, Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, Yeni ildə bu insanlar azadlıqda, ailələrinin yanındadır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB