"Rəsul Quliyev zamanında müxalifətdən öz maraqları üçün faydalanmağa çalışırdı. Məhz bu səbəbdən də özünü hələ indiyə kimi müxalifət cəbhəsinə aid edir və müxalifətin bu dərəcədə zəif fəaliyyətini, sosial bazasını itirməsini heç cür həzm edə bilmir". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət partiyasının başqanı Tahir Kərimli bildirib.
Son zamanlar Rəsul Quliyevin müxalifət nümayəndələrinə qarşı aşağılayıcı ifadələr səsləndirməsinə münasibət bildirən T. Kərimli qeyd edib ki, müxalifət düşərgəsində baş verən parçalanmalar, iğtişaşlar, proqramların həyata keçirilə bilməməsi Rəsul Quliyevi çox qıcıqlandırır: "Bu cür alçaldıcı ifadələr səsləndirməklə də Rəsul Quliyev bir növ indiki müxalifətdən qisas almağa çalışır. O, hər zaman öz imkanları daxilində müxalifətdən yararlanmaq istəyib. Hətta bir dəfə bununla bağlı olaraq Bakıya gəlmək fikrinə də düşmüşdü. Gəlməmişdən öncə də müxtəlif mesajlar verərək, Bakıda qarşılanmasını istəmişdi, ancaq bu baş tutmadı. Rəsul Quliyevin səsləndirdiyi bu cür ifadələr uduzmağın isterikasından doğan acıqdan başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB