Səudiyyə Ərəbistanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Səudiyyə Ərəbistanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfərliyi tərəfindən Ər-Riyad şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, bu ölkədə yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Səfir Rasim Rzayev 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb, bu bayramı dünyanın müxtəlif guşələrində məskunlaşmış həmyerlilərimizin birliyi istiqamətində atılmış ən dəyərli addım kimi qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasət haqqında geniş məlumat verib.

Daha sonra Səudiyyə Ərəbistanına təyin olunmuş Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan səfirləri xalqımızı bayram münasibəti ilə təbrik ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Azərbaycanla bağlı sənədli filmlər nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə