“Rossiya 24”-də Mehriban Əliyeva haqqında sənədli film nümayiş olunub

“Rossiya 24”-də Mehriban Əliyeva haqqında sənədli film nümayiş olunub

Rusiyanın "Rossiya 24" telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr edilən "Biz hamımız uşaqlıq ölkəsindənik" ("Все мы родом из детства") adlı sənədli film nümayiş olunub. SİA-nın xəbər verir ki, ekran əsərində birinci xanım Mehriban Əliyevanın çəkildiyi "Danışan məktub" filmindən kadrlar göstərilir, həmin filmdə əsas rollardan biri olan Validə obrazını onun məharətlə oynadığı qeyd edilir.

Filmdə Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun yüzlərlə insana kömək göstərdiyi əks olunur, birinci xanımın ali təhsil aldığı və həkim işlədiyi illərdən bəhs edilir.

Filmdə UNESCO-nun baş katibi İrina Bokova, Fransa Senatının üzvü Natali Qule yanaşı digər tanınmış şəxslərin də Mehriban Əliyeva haqqında fikirləri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə