“Keçiriləcək tədbirlər iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilməz" AÇIQLAMA
"Türkiyədə qondarma "erməni soyqırımı" ilə bağlı keçiriləcək tədbirlər Azərbaycan-Türkiyə münasibətlərinə heç bir xələl gətirməyəcək".
Bu sözləri SİA-ya açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, indiki şəraitdə erməni birliyinin ən güclü olduğu ölkə Fransadan sonra məhz Türkiyədir: "2015-ci ildə keçiriləcək qondarma "erməni soyqırımı" ilə bağlı hazırda Türkiyədə yaşayan ermənilər çox ciddi hazırlıq görürlər. Ümumiyyətlə, bu il təkcə Türkiyədə deyil bir çox ölkələrdə məsələ ilə bağlı müəyyən tədbirlər keçirilməsi nəzərdə tutulub. 20 ölkədə sənədli və bədii filmlər nümayiş olunacaq. Düzdür, Azərbaycanla Türkiyənin çox isti münasibətləri var. Ancaq məsələlər birbaşa Türkiyənin özünü əlaqələndirən məsələdir, çünki bu iddialarda birbaşa Türkiyə dövləti ittiham olunur. Mənim fikrimcə bu cür tədbirlərin keçirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinə heç bir kölgə sala bilməz. Son dövrlərdə ermənilər Türkiyə daxilində çox addımlar atırlar. Hətta bir çox iri şəhərlərdə qondarma "erməni soyqırımı" ilə bağlı konfranslar da keçirirlər. Ancaq buna baxmayaraq bütün görüləcək işlər heç bir zaman iki ölkə arasında olan münasibətlərə xələl gətirə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB