Üzeyir Cəfərov: “Bütün hallarda Azərbaycan öz sözünü deməlidir” AÇIQLAMA

Üzeyir Cəfərov: “Bütün hallarda Azərbaycan öz sözünü deməlidir” AÇIQLAMA

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və istənilən an bu təşkilatın müəyyən köməkliyindən (silah-sursat, diplomatik dəstək və s.) bəhrələnə bilər. Amma bu təşkilatın Ermənistanda açılacaq humanitar mərkəzinin silah-sursat anbarı kimi istifadə edilməsindən Azərbaycana qarşı hər hansı bir təxribatı gözlənilən deyil". Bu sözləri SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, işğalçı ölkənin özü də yaxşı bilir ki, indiyədək bir neçə dəfə bu kimi hadisələr baş verib, amma KTMT səsini çıxarmayıb: "Çünki, bu təşkilat anlayır ki, beynəlxalq hüquq və normalar Azərbaycanın tərəfindədir. Beləcə, Ermənistanın da burada hansısa ciddi-cəhdlə nəsə etməyi mümkün deyil. Məsələn, işğalçı ölkənin döyüş vertolyotunun Azərbaycan ərazisində vurulması, KTMT-nın döyüş silahının sıradan çıxması idi. Onlar o zaman səslərini belə çıxarmadılar. Əgər hər hansı bir fikir səsləndirsəydilər, o zaman Ermənistanın təcavüzkarlığına don geyindirmiş kimi görünərdilər. Belə olan halda, rəsmi Bakıdan çox sərt cavab alacaqdılar. Hər kəs də bilir ki, işğalçı ölkə beynəlxalq hüquq və normalarını aşır və ona hörmətsizlik göstərir. KTMT-na daxil olan ölkələrin hansınınsa ərazisində silah-sursat istehsal olunursa və yaxud olunacaqsa təbii ki, onun Ermənistanda da istifadəsi mümkündür. Bütün hallarda Azərbaycan qarşı tərəfə öz sözünü deməli və işğalçı ölkə də bundan nəticə çıxarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə