Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mürəkkəb dövlət vəzifələrinin həllinə əzmkarlıqla yanaşmağınız, heyrətamiz işgüzarlığınız və strateji təfəkkürünüz, nəcib şəxsi keyfiyyətləriniz sayəsində Siz çoxmillətli Azərbaycan vətəndaşlarının dərin ehtiramını, dünya birliyində yüksək nüfuz qazanmısınız. Siz böyük Heydər Əliyevin işini layiqincə davam etdirərək Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında, ölkədə siyasi sabitliyin qorunmasında və əhalinin rifah halının yüksəldilməsində sanballı uğurlara nail olmusunuz.
Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin inkişafına Sizin töhfənizi xüsusilə yüksək qiymətləndirirlər. Əminəm ki, bu münasibətlər bundan sonra da möhkəmlənəcək və dərinləşəcək.
Hörmətli İlham Heydər oğlu, ən gözəl arzularımızı qəbul edin. Sizə möhkəm cansağlığı, uzun illər ərzində tükənməz güc və enerji, Azərbaycan Respublikasının çiçəklənməsi naminə daha böyük uğurlar arzu edirəm".
Dövlət başçısını həmçinin Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Taymuraz Mamsurov da təbrik edib. Məktubda deyilir: "Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Cənubi Qafqazın ən gözəl ölkələrindən birinin liderisiniz. Bu ölkə ilə çoxmillətli Şimali Osetiyanı çoxdankı sıx dostluq əlaqələri birləşdirir. Bizim çoxşaxəli və səmərəli əməkdaşlığımız ildən-ilə yalnız möhkəmlənir. Bu da Qafqaz xalqlarının sülh, həmrəylik və mehriban qonşuluq şəraitində yaşamağa ümumi səylərini təsdiq edir. Sizə səmimi qəlbdən cansağlığı, ailə xoşbəxtliyi və bütün təşəbbüslərinizin həyata keçməsini arzulayıram".
Azərbaycan Prezidentini Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də təbrik edib. Təbrik məktubunda deyilir: "Doğum günü münasibətilə mənim səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul edin.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz nikbinlik və enerji arzulayıram. Rusiyanın Həştərxan vilayətini və Azərbaycan Respublikasını birləşdirən dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və hərtərəfli qarşılıqlı faydalı əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm.
Sizə planlarınızı və ideyalarınızı ən qısa müddətdə həyata keçirməyi, böyük xoşbəxtlik və Azərbaycan xalqına xidmət kimi nəcib bir işdə müvəffəqiyyət arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB