Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, P. Poroşenkonun məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Əminəm ki, Ukrayna-Azərbaycan münasibətlərinə daim xas olan ənənəvi qarşılıqlı anlaşma və etimad şəraiti bundan sonra da ölkələrimiz arasında konstruktiv əməkdaşlığın etibarlı əsası olacaq".
Azərbaycan prezidentini doğum günü münasibəti ilə həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov təbrik edib. A. Torkunovun təbrik məktubunda deyilir:
"Çox hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi sevinc və dərin hörmətlə təbrik edirəm. Heç şübhəsiz ki, Siz çox zəngin həyat təcrübəniz, fəal xarakteriniz, qurucu enerjiniz və dünyaya açıqlığınız sayəsində layiqli dövlət başçısı və Rusiya ilə Azərbaycan arasında mehriban münasibətlərin qarantısınız. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun inkişafına, MDBMİ qardaşlığının möhkəmlənməsinə sanballı köməyinizi və dəstəyinizi, bu işdə həqiqətən maraqlı olmağınızı qeyd etmək mənə xüsusilə xoşdur.
Universitetimizin məzunlarının Bakıda genişmiqyaslı forumunun keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz yeni, şanlı bir ənənənin əsasını qoyub. Universitetin yubileyi ilində Moskvada MDBMİ Məzunlarının II Beynəlxalq Forumunun keçirilməsi bu ənənənin davamı oldu. Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə möhkəm cansağlığı, mətinlik, qardaş Azərbaycan naminə yeni-yeni uğurlar və nailiyyətlər arzulayım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB