Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. SİA-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ərdoğan Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib
Ərdoğana minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB