Elçin Mirzəbəyli: “ABŞ-ın apardığı siyasət dünya ölkələri üçün təhdiddir”

Elçin Mirzəbəyli: “ABŞ-ın apardığı siyasət dünya ölkələri üçün təhdiddir”

"Amerika Birləşmiş Ştatlarının son illərdə atdığı addımlar nəticəsində dünyada separatizmə və terrorçuluğa qarşı mübarizə ən aşağı səviyyəyə enib, terror qruplarının sayı artıb, separatçı meyllər çoxalıb, aktivləşib və bu da bütün dünya ölkələrinin təhlükəsizlik sisteminə böyük təhdid yaradır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəylinin sözlərinə görə ABŞ-ın yürütdüyü siyasət nəticəsində dünyada beynəlxalq hüquq anlayışı güc və zor siyasəti ilə əvəzlənib, BMT faktiki olaraq ölü bir quruma çevrilib: "ABŞ-ın Dağlıq Qarabağa və ümumən Azərbaycana olan münasibəti də açıq-aşkar ortadadır. Baxmayaraq ki, ABŞ və digər iri dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər ancaq bununla yanaşı separatçı rejimə də aktiv şəkildə müəyyən yollarla dəstək olurlar. Şübhəsiz ki, bu amillər ABŞ-ın ikili standartlarının göstəricisidir. Nə qədər ki, bu ikili standartlar davam edəcək, Krıma və ya hər hansısa bir əraziyə sanksiyaların tətbiq olunmasından asılı olmayaraq separatçı meyllər yenə də fəaliyyət göstərəcəklər. Çünki, söhbət burada beynəlxalq hüquq normalarından gedir. Bu normalara yanaşmada göstərilən ikili münasibət heç zaman dünyada ədalətli nizam tələbinin formalaşmasına, ədalətin bərqərar olmasına yardım göstərə bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə