Səsvermə prosesi başa çatıb

Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə prosesi başa çatıb. SİA-nın məlumatına görə, builki bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib.

Seçkilərdə 15035 bələdiyyə üzvü yeri uğrunda 37077 namizəd mübarizə aparıb.

Seçkiləri 50 mindən artıq müşahidəçi izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə