Elman Məmmədov: "İlham Əliyev Azərbaycanı firavan gələcəyə aparır" MÜNASİBƏT

Elman Məmmədov: "İlham Əliyev Azərbaycanı firavan gələcəyə aparır" MÜNASİBƏT

"Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət doğma Azərbaycanımızı inkişaf etdirir, xoşbəxt gələcəyə aparır, dünyada nüfuzlu və qüdrətli bir dövlət kimi tanıdır və Azərbaycan xalqının bütün uğurları, məhz Onun apardığı siyasətlə bağlıdır". Bu fikirləri SİA-ya millət vəkili Elman Məmmədov Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ölkə başçısının bu siyasəti bilavasitə xalqa xidmətin və xalqın Ona arxalanmağının bariz göstəricisidir: "Cənab İlham Əliyevin Prezidentlik dövründə gördüyü işlər əyani şəkildə sübut edir ki, bu gün ölkəmizdə olan bütün istiqamətlərdəki yüksək səviyyəli inkişafımız, daxili və xarici stabilliyimiz, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz, Azərbaycanın tək Avropanın yox, dünyanın enerji təhlükəsizliyi məsələsində tutduğu çox sanballı mövqe, məhz Onun apardığı uzagörən, müdrik siyasətin bariz nəticəsidir".

Elman Məmmədov həmçinin vurğulayıb ki, İlham Əliyev siyasətinin əsas məqsədi xalqına daha böyük firavanlıq bəxş etməkdir: "Bütövlükdə, Prezidentimiz xalqımızı, Vətənimizi, dövlətimizi daha firavan gələcəyə aparır. Mən də mənə verdiyiniz bu ali fürsətdən istifadə edərək, Cənab Prezidentimiz İlham Əliyevin fəaliyyətinə davamlı uğurlar və davamlı qələbələr arzu edirəm".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə