Azərbaycanda Litvanın yeni viza mərkəzi açılacaq

Azərbaycanda Litvanın yeni viza mərkəzi açılacaq

Litva daha 7 ölkədə viza mərkəzi açmaq qərarına gəlib.SİA-nın xəbərinə görə, bu barədə Litvanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumatda bildirilir ki, viza mərkəzləri Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Çin və Türkiyədə fəaliyyətə başlayacaq.

Yeni viza mərkəzləri daha böyük ərazidə yerləşəcək, müasir və geniş xidmət göstərəcək. Müraciət edənlər biometrik pasportları təqdim etməlidirlər.

Ölkədən asılı olaraq viza mərkəzlərinin xidmət tarifləri 20-26 avro təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə