MSK sədri: "Həmin şəxsə MSK xüsusi mükafat verəcək"

MSK sədri: "Həmin şəxsə MSK xüsusi mükafat verəcək"

"Seçki siyahısı ilə bağlı problem qaldırmaq mənasızdır. Kiminsə adının seçici siyahısına salınmamasında nə maraq ola bilər?". SİA-nın xəbərinə görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuast konfransında deyib.

MSk sədrinin sözlərinə görə, əgər Azərbaycanda 1 məntəqədə 15 nəfərə səs verməyə imkan yaradılmadığı üzə çıxsa, həmin şəxsə MSK xüsusi mükafat verəcək: "Bəzi təşkilatların 1,5 milyon insana Azərbaycanda səs verməyə imkan yaradılmaması barədə iddialar absurddur. Mən belə bir absurd iddia olduğunu Böyük Britaniyanın səfirinə də dedim, təəccübləndi. Azərbaycanda vətəndaş şəxsiyyət vəsiqəsini gətirib məntəqədə seçici siyahısına düşə bilər. Biz Azərbaycanda vətəndaşa seçkidə iştirak üçün mütləq şərait yaratmışıq, dünyanın heç yerində belə hal yoxdur".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə