Tahir Kərimli: “Əli Kərimli və Rauf Arifoğlu qırmızı xətti çoxdan keçiblər”
"Əli Kərimli və Rauf Arifoğlu arasında barışıq əldə olunması qeyri-mümkündür". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət partiyasının başqanı Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, Əli Kərimli və Rauf Arifoğlunun barışmaq şansı demək olar ki, yoxdur və bu yolda atılan hər hansısa bir addım da uğursuz olacaq: "Bir anlıq təsəvvür edin ki, hər iki şəxs arasında barışıq əldə olundu. Amma unutmaq olmaz ki, bu insanlar bir-birilərinin ünvanlarına çox dərin təhqiramiz ifadələr səsləndiriblər. Bu cür ifadələrin səslənməsindən sonra əldə olunacaq barışığın da heç bir əhəmiyyəti olmayacaq və bu sadəcə formal xarakter daşıyacaq. İlqar İbrahimoğlu və Arif Hacılı barışıq əldə olunması üçün cəhd göstərdilər. Bu cür təhqiramiz ifadələr səslənməsəydi Əli Kərimli və Rauf Arifoğlu arasında barışıq şansı ola bilərdi. Lakin indiki vəziyyətdə mövcud olan bu ziddiyyət düşmənçilik həddinə qədər yüksəlib və qırmızı xətt artıq çoxdan keçilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB