Sülhəddin Əkbər: "Hər kəs özünü ana müxalifət elan edəcək" İTTİHAM
"Vəziyyət ürəkaçan deyil. İctimai-siyasi durum da qənaətbəxş deyil. Xalqımızın siyasi prosesə marağı yoxdur, eləcə də, demokratik qüvvələrə inam azalıb". SİA xəbər veir ki, bu fikirləri Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər düşərgədaxili ziddiyətlər barədə mətbuata fikirlərini şərh edərkən deyib. AzDP sədri müxalifətdə qarşılıqlı aqressiyanın olmasına da münasibətini bildirib və deyib ki, uzun müddət müxalifətdə olmaq, uğursuzluqlar, birliklərin yaradılması və məqsədə çatmadan dağılması, konkret nəticələrin olmaması kimi uğursuz fəaliyyət müxalifət daxilində aqressivliyin formalaşmasına səbəb olub: "Bu aqressivlik də bir-birinə qarşı yönəldilib. Bunun da nəticəsində müxalifət zəifləyib, resurslarını itirib, dağınıq vəziyyətdədir. Azərbaycan müstəqillik əldə etdikdən bu yana müxalifətin indiki qədər zəif dövrünü, ictimai-siyasi proseslərə təsir edə bilməməsini xatırlamıram. Bəzi partiyalar arasında, bəzilərinin isə daxillərində yaşanan hallar üzücüdür. Təəssüflər olsun ki, bunun qarşısını almaq mümkün deyil".
Sülhəddin Əkbər müxalifətin xalqa arxalanmadığını da deyib və bunu belə izah edib ki, əgər xalqın müxalifətə inamı olsaydı, düşərgə hakimiyyətə gələ bilərdi: "Seçki prosesi zamanı hansı qüvvələr ki, xalqın marağını müdafiə edir, həmin qüvvələr hakimiyyətə gəlir. Xalqın maraqlarını ifadə edə bilməyən qüvvələr isə müxalifətdə olur. Bizdə bu sahədə də problemlər var. İndilikdə bu prosesin həlli dialoqdan, siyasi islahatlardan keçir. Əgər bu baş verməsə, hər kəs özünü ana müxalifət elan edəcək. Hətta ana müxalifət uğrunda mübarizə gedəcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB