Vətəndaşlarımız bu ölkədə vizasız qala biləcəklər YENİLİK

Vətəndaşlarımız bu ölkədə vizasız qala biləcəklər YENİLİK

Azərbaycana viza tətbiq etməyən ölkələrin siyahısına biri də əlavə olunub. SİA-nın məlumatına görə, artıq Bosniya və Hersoqovina Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırıb. Bu qərar Bosniya və Herseqovina Nazirlər Şurasının iclasında qəbul olunub. Belə ki, Azərbaycandan başqa daha 9 ölkə ilə viza rejimi aradan qaldırılıb. Beləliklə, bu qərar əsasında vətəndaşlarımız Bosniya və Herseqovinada 90 gün müddətində vizasız qala biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə