YAP-ın fəaliyyətinin əsasında xalqa xidmət dayanır

YAP-ın fəaliyyətinin əsasında xalqa xidmət dayanır

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail və Badamdar bələdiyyəsinə YAP tərəfindən namizədliyi irəli sürülmüş namizədlərlə seçicilərin növbəti görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədrinin müavini, rayon təşkilatı Seçki Qərargahının sədri Muxtar Nağıyev bildirib ki, dekabrın 1-də bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən bu günə kimi işlərimizi YAP İcra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyə və tapşırıqlarına əsasən qururuq: "Sözsüz ki, məqsədimiz əvvəlki seçkilərdən fərqli olaraq qarşıdakı növbəti bələdiyyə seçkilərindəki nəticələrimiz daha yüksək və uğurlu olsun".

Partiyanın böyük seçki təcrübəsinin olduğunu xatırladan M.Nağıyev qeyd edib ki, Səbail rayonu ərazisində Səbail, Badamdar, Bibiheybət mövcuddur. Üç dairə üzrə 41 nəfər namizədliyini irəli sürüb, onlardan isə 15 nəfərinin qadın, 22 nəfərinin isə gənc şəxslərdən ibarətdir. 110 ilk təşkilatda 23857 mindən çox partiya üzvünün birləşdiyini deyən rayon təşkilatının Seçki Qərargahının sədri onu da vurğulayıb ki, bələdiyyə seçkilərində də YAP fəalları öz səylərini əsirgəməyəcəklər: "Bu baxımdan da YAP Səbail rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat mərhələsində müəyyənləşdirilmiş işləri operativ və effektiv şəkildə həyata keçirirlər".

M.Nağıyev, həmçinin respublikamızın bugünkü yüksəliş və nailiyyətlərində, beynəlxalq nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin tarixi rolundan və Onun layiqli davamçısı, Prezident İlham Əliyevin Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirmək yolunda gərgin və yorulmaz fəaliyyətindən geniş söhbət açıb. Bildirib ki, dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyası, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tədbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib.

YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev bələdiyyələrin statusu, yerli ərazilərin quruculuq-abadlıq işlərində oynadıqları əhəmiyyətli roldan, bələdiyyələrin daha da inkişaf etdirilməsi üçün ölkə başçısının imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də ölkənin idarə olunmasında bələdiyyə üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb. Həmçinin bu təsisatın vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rola malik olduğunu qeyd edib.

Bələdiyyə üzvlüyünə namizədlərdən - Həsən Əsgərov, Mehriban Paşayeva, Həbib Paşayev, Aytən Cəfərova, Aliyə Təhmasib, Qurban Abbasov və digərləri onlara göstərilən etimadı doğruldacaqlarını, bələdiyyələrə seçiləcəkləri təqdirdə partiyamızın məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün çalışacaqlarını bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə