Qabil Hüseynli: “ABŞ dünyanın gözü qarşısında ciddi imtahan verir” AÇIQLAMA

Qabil Hüseynli: “ABŞ dünyanın gözü qarşısında ciddi imtahan verir” AÇIQLAMA

"Hesab edirəm ki, hər hansı bir ölkədə qaradərili və ağdərili insanların öldürülməsi düzgün addım sayılmır. ABŞ-da insan haqları pozulduğu halda onun başqa ölkələri qınaması yersizdir və düzgün deyil". Bunu SİA-ya politoloq Qabil Hüseynli ABŞ rəsmilərinin "qaradərili insanların öldürülməsi insan haqlarının pozulması kimi dəyərləndirilməməlidir" fikrinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, heç bir ölkədə qaradərili və ağdərili insanların öldürülməsi düzgün çıxış yolu deyil. Hesab edirəm ki, ABŞ-ın başqa ölkənin işlərinə qarışmağa heç bir haqqı yoxdur. Amerikada öldürülən qaradərili insanlar barəsində hazırda istintaq gedir. Yəni, polisin qaradərili insanı hansı şəraitdə vurduğu və vurarkən mövcud polis haqqında qanunlara necə riayət etdiyi hələ araşdırılır. Zənnimcə, polis qaradərili insanı vurmamalı idi əksinə onu tutmağa çalışmalı idi. Bu mənada hesab edirəm ki, ABŞ-da qaradərili insanların öldürülməsi çox ciddi etirazlara səbəb olub. Təbii ki, bu gün də həmin etirazların qarşısını almaq mümkün deyil. Çoxları bunu rasizmin, dini irqi ayrı-seçkiliyin yenidən zühuru kimi qiymətləndirirlər. Düşünürəm ki, buna görə ABŞ bütün dünyanın gözü qarşısında ciddi imtahan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə