Salyanlılar seçimlərində qətidirlər

Bu fikirlər YAP Səlyan rayon təşkilatının gənclərlə və ilk dəfə səs verən seçicilərlə görüşü zamanı səslənib
Salyanlılar seçimlərində qətidirlər

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat təşviqat kampaniyası çərçivəsində gənclərlə və ilk dəfə səs verən seçicilərlə görüş keçirib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib. Bildirib ki, bu seçkilərdə namizədlərin hər birinin qələbəsi üçün təbliğat işinin əhatəsini genişləndirmişik və seçicilər namizədlərlə bağlı geniş informasiyaya malikdirlər. Xüsusən, gənclərin seçkilərdə həm namizəd, həm də seçici kimi fəallıqlarını artmaları namizədlərimizin qələbə qazanmasına kömək edən önəmli faktdır.

"Səs" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman ölkədə keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazanıb: "Bu isə xalqımızın Ümummilli Lider Heydər Əliyev siyasi kursuna inamından və Yeni Azərbaycan Partiyasının xalqın partiyası olmasından irəli gəlir".

B.Quliyev, həmçinin bildirib ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır: "Bu baxımdan ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf etmişdir. Bu kimi önəmli tendensiyalar isə ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir".

YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi B.Quliyev onu da vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gənclərimiz əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşğu nümayiş etdirəcəklərinə və bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlarına əminik: "Sizə bu uğurlu yolda qələbələr arzu edirik".

YAP Mərkəzi Aparatın məsul işçisi Ramil Mirzəyev bildirib ki, son illərdə Azərbaycanda aparılan inkişafa istiqamətlənən siyasət böyük uğurlarla yadda qalıb: "Bu nailiyyətlərin davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasına növbəti dəfə etimad göstərmək günümüzün reallığıdır: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasi kursumuz hər bir ölkə vətəndaşının rifahına, dövlətimizin inkişafına xidmət göstərir".

R.Mirzəyev onu da vurğulayıb ki, artiyamızın uğurlarının köklü səbəbləri var: "Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 650 min nəfərdən çox üzvü olan partiyamız bütün ictimai-siyasi proseslərin önündə gedir. Bu cəhətdən də YAP ölkəmizdə keçirilən bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək faizlə qalib gəlmək əzmindədir".

Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının gənclər birliyinin üzvü ilkdəfə səs verənlərdən Türkan Məlikova, Nərmin Əliyeva, Rəfiqə Ağabəyli çıxış edərək Yeni Azərbaycan Partiyasının etimadını doğrultmaq üçün qarşıdakı növbəti 5 ildə öz bələdiyyələrin işində yaxından iştirak edəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə