Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib. SİA-nın xəbərinə görə, Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının 25 illik yubiley konfransında iştirak etmək üçün ölkəmizə səfərindən məmnun olduğunu bildirib. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərdən danışıb.
Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB