Deputat: “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır” MÜNASİBƏT

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında Qanun"a təklif edilən dəyişiklik həmin kateqoriyaya aid vətəndaşlara dövlət qayğısının gücləndirilməsi nəzərdə tutulur"
Deputat: “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır” MÜNASİBƏT

"Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri ölkənin iqtisadi və maliyyə imkanlarının artmasının müqabilində əhalinin sosial yaşayış şəraitinin yaxşılaşmasına nail olmaqdan ibarətdir. Dövlət başçısı cənab İlham Əliyev vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı davamlı işlər görür"". Bu fikirləri SİA-ya Milli Məclisin üzvü Sahibə Qafarova "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkə Prezidentinin müvafiq sərəncamları ilə mütəmadi olaraq, pensiyalar, sosial müavinətlər, imkansız və ehtiyacı olan ailələrə sosial ödnəişlər artırılır, bu yöndə digər sosial tədbirlər həyata keçirilir: "Bu sosial tədbirlərə məcburi köçkünlərə yemək üçün verilən müavinətlərin, valideynlərini itirən, valideyn himayəsindən məhrum olan uşaqların qəyyumlarına, ailə başçısının itirilməsinə görə verilən müavinətlərin və şəhid ailələrinə, milli qəhrəmanlara verilən müavinətlərin artırılması da aiddir. Bütün bunlar isə onu təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır".

Sahibə Qafarova deyib ki, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Qanun"a təklif edilən dəyişiklik də məhz bu məqamı ifadə edir: "Burada ehtiyacı olan insanlara dövlət qayğısının gücləndirilməsi nəzərdə tutulur. Bu, həm həmin ailəyə dövlətin maddi dəstəyidir, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımdır, həm də həmin vətəndaşların təhsil şəraitnin yaxşılaşdırılmasını nəzərdə tutur".

Bütün xəbərlər Facebook səhifəmizdə