Partiya rəsmisi: “İsa Qəmbər yenidən Müsavatda başqanlığa gətirilsə,...” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Bu adamların başlarının dəyişilməsinə orada heç bir imkan yoxdur”
Partiya rəsmisi: “İsa Qəmbər yenidən Müsavatda başqanlığa gətirilsə,...” AÇIQLAMA

"İndiki şəraitdə İsa Qəmbər yenidən Müsavatda başqanlığa gətirilsə, o zaman belə anlaşılacaq ki, bu partiyada baş verən saxtakarlığın başında, məhz İsa Qəmbər dayanıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, məqsəd seçkinin legitim olmaması, Arif Hacılıya təzyiqlər edilməsidir: "Eyni zamanda Qubad İbadoğlu ilə Arif Hacılı arasındakı konfliktdən yararlanaraq, partiyanın dağılacağını bəhanə gətirərək yenidən Müsavatın başına keçsin. Yəni, məntiqlə belə bir situasiya yaranacaq".

E. Mirzəbəyli vurğulayıb ki, Müsavatı düşdüyü vəziyyətdən heç kim xilas edə bilməz: "Artıq Müsavat üç qanada bölünüb. Əslində tarix təkrar olunur. Vaxtilə Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsi daxilində hansı bölücülük fəaliyyətini göstərmişdisə, indi həmin proses partiyanın öz daxilində gedir. Bu, radikal düşərgəyə xas olan xüsusiyyətlərdir. İndiki şəraitdə bu partiyanı heç kim xilas edə bilməz. Çünki, burada söhbət partiyadaxili ziddiyyətlərdən getmir. Burada söhbət uzun illər boyu yanlış yürüdülən siyasətdən gedir. Bu insanlar isə yürüdülən yanlış siyasətdən nəticə çıxarmırlar. Yəni, eyni taktika, strategiya davam edir. Bu gündən sonra həmin adamların başlarının dəyişilməsi mümkün deyil. Görünən odur ki, bu adamların başlarının dəyişilməsinə orada heç bir imkan yoxdur. Bu baxımdan nə İsa Qəmbər, nə Arif Hacılı, nə də digərləri partiyanı düşdüyü vəziyyətdən xilas edə bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə