Deputatlarımız Özbəkistanda seçkiləri müşahidə edəcək

Deputatlarımız Özbəkistanda seçkiləri müşahidə edəcək

Azərbaycanın millət vəkilləri Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Aydın Abbasov və Etibar Hüseynov Azərbaycan Parlamentinin müşahidəçiləri qismində Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 18-dən 22-dək Daşkənddə səfərdə olacaqlar.

Deputatlarımız Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına keçiriləcək seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə