Bu gün YAP Yevlax Rayon Təşkilatında Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının Yevlax rayonu üzrə bələdiyyə üzvülüyünə namizədliyi irəli sürülmüş Partiya fəallarının təbliği istiqamətində seçicilərlə növbəti görüş keçirildi.
Görüşdə YAP rəsmiləri millət vəkilləri Tahir Rzayev, İlham Məmmədov və Yeni Azərbaycan Partiyasının 48 və 49 saylı seçki dairələri üzrə səlahiyyətli nümayəndəsi Əminə Əhmədova YAP Yevlax rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev iştirak edirdilər. Görüşü giriş sözü ilə millət vəkili YAP Yevlax rayon Təşkilatının sədri İlham Məmmədov açaraq Bələdiyyə və Cəmiyyət, Bələdiyyənin yerlərdə rolu, bələdiyyə və vətəndaş münasibətlərindən geniş söz açıb. O vurğulayıb ki, Bələdiyyə üzvüləri xalq tərəfindən seçildiyinə görə bu qrumun fəaliyyətində də yerli əhali yaxından iştirak etməlidir. Gələcəkdə hər hansı bir çətinliyin yaranmaması üçün bu gün özünün laiq bildiyi namizədi dəstəkləməlidir.
Sonra YAP Yevlax rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev çıxış edərək statisik məlumtları seçicilərin diqqətinə çatdirib. Yevlax şəhəri ərazisində 2 Dairə 57 məntəqə mövcuddur. Bunlardan 48 saylı Yevlax Dairəsi üzrə 31 məntəqə 49 saylı Yevlax-Mingəçevir Dairəsi üzrə 26 məntəqə fəaliyyət göstərir. 2 Dairə üzrə 58000 minə yaxın seçici qeydiyyata alınmışdır. Yevlax rayonu üzrə 1 şəhər, 1 qəsəbə, 27 kənd olmaqla 29 Bələdiyyə fəaliyyət göstərir. Seçki Məcəlləsinə uyğün olaraq Bələdiyyələr üzrə seçici sayına uyğun 29 bələdiyyə üzrə 267 namizəd yer müəyyənləşdirilmişdir. Yeni Azərbaycan Partiyası hakim Partiya olaraq hər yerə bir nəfər olmaqla 267 yerə 267 nəfər partiya fəalının namizədliyini irəli sürmüşdür. 267 nəfərin 108 nəfəri 41 %-i gənclərdən, 124 nəfəri 47 % qadınlardan ibarətdir. Partiya tərəfindən irəli sürülən namizədlərin hər biri müvafiq dairə seçki komissiyalarında qeydə alınmışdır.
Sonra YAP səlahiyyətlisi Əminə Əhmədova öz fikirlərini bildirib. O 23 dekabr Bələdiyyə seçkilərinin ölkəmizin həyatı üçün nə qədər vacib və əhəmiyyətli olduğunu bir daha diqqət nəzərinə gətirib: "Mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu seçkilərdə iştirak etməyi özünə borc bilməlidir. Heç bir nöqsansız şəfaf şəraitdə seçkinin keçirilməsini təmin etməklə biz öz seçki mədəniyyətimizi dünya ölkələrinə bir daha göstərməliyik. Əminəm ki bütün yüvlaxlılar xüsən də qadınlar bu işdə yaxından, laiqincə iştirak edəcəklər".
Sonda məruzə ilə çıxış edən Millət Vəkili Tahir Rzayev Bələdiyyə üzvülərinin hüquq və vəzifələrindən Bələdiyyə qanunlarından ətraflı məlumat verərək hüquqi normativlərə əməl etməyi bir daha bələdiyyə üzvülərinin diqqətinə çatdırıb. O vurğulayıb ki, son illər möhtərəm cənab Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi Bələdiyyə sektoru da sürətlə inkişaf edir. Xalq tərəfindən seçilən insanların fəaliyyətini bu sahədə həm dövlətimiz həm də vətəndaşlarımız dəstəkləyir onlara bu yolda yaxından köməklik göstərirlər. Məhz bunun nəticəsidir ki, bu gün bələdiyyə üzvülüyünə namizədlərin tərkibi gənclər və qadınların üstünlüyü ilə yenilənir və dahada zənginləşir. Bu da o deməkdir ki, tərkibi insan resursu ilə zənginləşən bir seçkili orqan gələcəkdə daha böyük layihələ həyata keçirəcəkdir.
Sonda YAP səlahiyyətliləri seçiciləri 23 Dekabır Bələdiyyə seçkilərində fəallıq sərgilməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB