Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qarabağ" Futbol Klubuna 1 milyon manatın ayrılması ilə bağlı sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda deyilir: ""Qarabağ" futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə "Qarabağ" futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın".
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB