Tovuz rayonunda təbliğat kampaniyası davam edir

Tovuz rayonunda təbliğat kampaniyası davam edir

YAP tovuz rayon təşkilatının bələdiyyələrlə seçkilərlə bağlı təbliğat kompaniyası davam edir. Bu münasibətlə YAP-ın gənc bələdiyyə namizədlərlə və ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı, mədəniyyət komitəsinin sədri professor Nizami Cəfərov və YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov iştrak ediblər.

Cıxış edən rayon təşkilatının sədri Məzahir Bayramov gənclərin bələdiyyədəki rolundan danışdı və bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbə qazanacağını vurğulayıb. Milli Məclisin deputatı, mədəniyyət komitəsinin sədri professor Nizami Cəfərov ətraflı cıxış edərək gəncləri bələdiyyə seçkilərində fəal olmağa çağırıb.

Rayon Gənclər Birliyinin sədri İlqar Kərimov çıxışında əmin etdib ki, gənclər bu seçkilərdə fəal iştrak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə