Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun yaralı əsgəri Sərxan Tahirzadə bu gün Vətənə qayıdıb. SİA-nın məlumatına görə, həkimlər hər iki ayağı amputasiya edilmiş 19 yaşlı Sərxan Tahirzadəyə protez qoyublar və o, artıq sərbəst yeriyə bilir. Azərbaycan əsgərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları, onun yaxın qohumları və KİV nümayəndələri qarşılayıb.
Qeyd edək ki, o, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağırılıb. 11 ay hərbi xidmət etdikdən sonra cəbhədə gedən döyüşlərdə ağır yaralanıb. Hadisə cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı baş verib. Sərxan ailəsinin yeganə övladıdır.
Ankarada müalicə alan digər iki hərbçimiz – qarın nahiyəsindən ağır güllə yarası almış Elvin Əsgərov və və bir gözünü itirmiş Ədalət Məmmədov da bir müddət öncə Türkiyədədən Azərbaycana qayıdıblar.
Azərbaycanın 3 yaralı əsgəri müalicə olunmaq üçün avqustun 9-da Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılmışdı. Əsgərlərimiz Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunublar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB