Umud Rəhimoğlu: “Hər bir dövlət üçün onun sabitliyi daha vacibdir" AÇIQLAMA
"Bu gün Şərq ölkələrinin əksəriyyətində, dünyada baş verən bütün konfiliktlər yavaş-yavaş Türkiyəyə də yaxınlaşmaqdadır". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu dekabrın 14-də Türkiyə polisinin 35 nəfərdən artıq media nümayəndəsini həbs etməsinə və bütün bunların fonunda Qərbin ikili standartlar siyasəti yürütməsinə münasibət bildirərkən deyib.
MŞ-nın sədr müavinin sözlərinə görə, həmin hadisələrdə super güclərin öz maraqları var: "Ümumiyyətlə sözügedən həbslər müəyyən araşdırmalar nəticəsində baş verir. Burada müxtəlif rəy bildirən ölkələrin demokratik dəyərlər baxımından mövqeləri əks olunur və bəzən isə bunu önə çəkirlər. Amma çox təəssüf ki, son illərin təcrübələri göstərir ki, həmin hadisələrin arxasında daha çox ölkələrin, dövlətlərin maraqları dayanır. Əgər biz fərqinə varsaq görərik ki, uzun illər Dağlıq Qarabağ deyilən bir problemin içərisində Azərbaycan hökuməti və xalqı çox əziyyət çəkir. Təəssüf ki, bütün bunlar yada düşmür, amma Qərb ikili standartlardan çıxış edərək insan haqları, söz azadlığı məsələsini dilə gətirir. Bəzən isə jurnalistikaya aidiyyatı olmayan bir adamın həbsi müəyyən güclər tərəfindən düzgün olmadan dəyərləndirilir".
U. Rəhimoğlu hesab edir ki, hər bir dövlət üçün onun sabitliyi daha vacibdir: "Bu gün Şərq ölkələrinin əksəriyyətində, dünyada baş verən bütün konfiliktlər yavaş-yavaş Türkiyəyə də yaxınlaşmaqdadır. Təbii ki, rəsmi Ankaranın daxilində buna sinə gəlmək üçün müəyyən addımlar atılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB