"Söyün Sadıqovun fəaliyyəti deməyə əsas verir ki, onun Azərbaycanın mənafeləri konteksində fikir söyləməsi və bunun üçün çalışması qeyri-realdır. Ona görə də belə saxta canyananlığa da ehtiyacımız yoxdur". Bu fikirləri SİA-ya millət vəkili Zahid Oruc amerikan konstruktorların erməni millətçilərini Azərbaycan ərazisində təxribat törətmək üçün hazırladığına dair "Azərros"un təsisçisi Söyün Sadıqovun açıqlamasını şərh edərkən deyib.
Z.Oruc bildirib ki, S.Sadıqov siyasət adamı deyil: "Rusiya siyasi elitasının müəyyən bir çevrəsində kimlərsə onunla əlaqələr qurub və müəyyən layihələrdə ona yer verib. Amma, bu da mühüm dövləti mənafelər konteksində deyil, hansısa məhəlli tapşırıqlar altında olan şəxsdir. Guya ABŞ-ın Ermənistanda Azərbaycan dilli erməni cəsuslar hazırlamasına bu tamamilə qeyri-ciddi və dövlətimizin ABŞ-la münasibətlərinə zərbə vurmaq üçün irəli sürülən bir təxribatdır. Açıq şəkildə dezinformasiyadır".
Z.Oruc vurğulayıb ki, Azərbaycanın hazırki dövrdə Qərblə münasibətlərində əlahiddə, çözülməz problemlər yoxdur: "Çünki, Azərbaycan balanslı siyasətindən imtina etməyib, Qərblə bütün iqtisadi, siyasi əlaqələrini saxlayır. NATO-nun müxtəlif proqramlarında iştirak edir. Eyni zamanda ABŞ-la müxtəlif hərbi, təhlükəsizlik, iqtisadi və.s istiqamətlərdə atılmış addımlar eyni templə davam edir. Ayrı-ayrı məsələlərdə tənqidi mülahizələr ortaya çıxanda da ona qarşılıq verilir. Ancaq, bunu heç bir halda böyük konfratasiya kimi qələmə vermək doğru deyil. Ona görə də kimlərsə, bu küləyə, məlum konteksdə hazırkı ab-havaya oynamaq üçün öz xidmətlərini təklif edirlər. Onun niyyəti bizə bəllidir".
"Yetər ki, Söyün Sadıqov kimilər Azərbaycan əleyhinə fəaliyyətə olmasınlar, ermənilərlə özümüz bacaracağıq. Onlar hansı dili danışsalar da onlarla başa çıxmaq gücünə malikik". – Z.Oruc qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB