Komitə sədri: "Bunlar yolverilməz addımlardır"

Komitə sədri: "Bunlar yolverilməz addımlardır"

"Bütövlükdə biz bu gün Qərb ölkələrində islamafobiyanı qabarıq şəkildə müşahidə edirik". Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AŞPA-nın üzvü olan Almaniyada müsəlmanlara qarşı dini və irqi ayrı-seçkiliyə yol verilməsinə münasibət bildirərkən deyib.

DQİDK-nın sədri bildirib ki, Almaniyada da islamafobiya əlamətləri açıq şəkildə özünü büruzə verir: "Əlbəttə ki, bütün bunlar yolverilməz addımlardır. Hesab edirəm ki, Avropa strukturları xüsusilə Avropa Şurası bu məsələlərə ciddi yanaşmalıdır. Onlar islamafobiyanı təşviq edənlərə qarşı öz sözünü deməlidir. Bununla belə, həmin qurumlar Almaniyanın hakim dairələrini bu məsələdə ciddi addımlar atmağa səsləməlidir".

Qeyd edək ki, Almaniyada müsəlmanlara qarşı dini və irqi ayrı seçkilik artıq kəskin hal almaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə