Elçin Mirzəbəyli: “Azərbaycana da, Türkiyəyə də eyni mexanizmlər tətbiq olunur” AÇIQLAMA
"Bu gün Türkiyə mediası və siyasəti vaxtilə ayrı-ayrı xarici qruplar tərəfindən ora atılmış şəbəkənin adamlarından təmizlənir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli deyib ki, bu aspektdən həmin xarici dairələr eyni prinsip və mövqedən çıxış edirlər: "Bəlli olduğu kimi bu insanlar uzun müddət Türkiyə əleyhinə təbliğat aparırdılar. Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan insanlar da məhz onlar idi. Azərbaycan əleyhinə dəfələrlə "Zaman Today" qəzetində materiallar çap olunub. Ermənilərlə əlaqələr qurulurdu. Bu qəzetdə erməni təbliğatı üçün geniş imkanlar yaradılırdı. İndi Türkiyə hakimiyyəti də öz dövlətləri əleyhinə addımlar atan insanları məsuliyyətə cəlb edir. Belə olan təqdirdə, təbii ki, o insanlar uzun illər boyu hansı dövlətlərin nüfuz vəkilliyi funksiyasını yerinə yetiriblərsə, həmin dövlətlərin də idarə etdiyi beynəlxalq təşkilatlar onların müdafiəsinə qalxırlar. Bu mexanizm hər yerdə eynidir. Azərbaycana da, Türkiyəyə də eyni mexanizmlər tətbiq olunur. Ona görə də burada təsadüf axtarmağa dəyməz".
"Jurnalistlərin söz və fikir azadlığına görə təzyiqə məruz qalması faktları bir sıra Qərb ölkələrində, xüsusilə ABŞ-da daha aydın və qabarıq şəkildədir. Polis zorakılığına qarşı çıxış edən insanlara qarşı hansı zorakılıqların tətbiq olunduğu da göz önündədir. Belə olan təqdirdə onların nə Azərbaycan, nə də Türkiyə haqqında tənqidi fikir bildirməyə mənəvi və hüquqi haqları çatmır. – E.Mirzəbəyli vurğulayıb.
E.Mirzəbəyli qeyd edib ki, dünyada böyük güc funksiyasını ədalətli şəkildə yerinə yetirə bilməyən dövlətlər jandarm funksiyasına iddia edəndə daha çox qıcıq doğurur: "Bu gün nə Azərbaycanın, nə də Türkiyənin üzərində jandarm missiyasını yerinə yetirməyə ehtiyac yoxdur. Çünki, nə Azərbaycan xalqının, nə də Türkiyə türklərinin mədəni, intellektual səviyyəsi buna imkan vermir. Biz öz dövlətlərimizi bacardığımız qədər və digərlərinin istədiyindən daha çox istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB