Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran İslam Respublikasının Energetika Nazirliyi arasında noyabrın 12-də Bakıda imzalanan Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb. SİA-nın məlumatına görə, qərara əsasən, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini etməlidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran hökumətini xəbərdar etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə