Ötən gün Azərbaycan Respublikasının CAR-dakı Səfirliyinin təşəbbüsü ilə CAR-ın "Diplomatic Society" adlı qəzetində və CAR-da fəaliyyət göstərən "Azərbaycan Dostları" qeyri hökumət təşkilatının facebook və internet səhifəsində Səfirlik tərəfindən hazırlanmış və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilmiş məqalə dərc edilib. Azərbaycan Respublikasının CAR-dakı səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə Ümummilli Liderimizin keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulmağında tutduğu yer, ölkəmizin müasir daxili və xarici siyasətinin təməlinin qoyulması və inkişafı sahəsində əvəzolunmaz fəaliyyəti, 90-cı illərdə Azərbaycanı vətəndaş müharibəsindən xilas etməsi və Erməni təcavüzünün qarşısının alınmasında oynadığı rol, Azərbaycanı dünya arenasına çıxarması və tanıdılması sahəsində xidmətləri qeyd edilib.
Həmçinin Azərbaycan Respublikasının CAR-dakı Səfirliyi tərəfindən 2013-cu ildə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş fotosərgi, Heydər Əliyev Fondunun nəşrlərində ibarət CAR Milli Kitabxanasına edilən kitab ianəsi və Azərbaycan-CAR kikboks üzrə keçirilən turnir barədə məlumatlar məqalədə xüsusi yer tapıb.
Dərc edilmiş məqalə ilə aşağıda göstərilən linklər vasitəsi ilə tanış olmaq olar: 1) http://www.thediplomaticsociety.com/index.php/home/16-home/1234-commemorating-heydar-aliyev 2) https://www.facebook.com/friendsofazerbaijanZA 3) http://www.azerbaijan.org.za/index.php/95-remembering-president-heydar-aliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB