Milli Məclis bir sıra sazişləri təsdiq edib

Milli Məclis bir sıra sazişləri təsdiq edib

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununu, "Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" sazişi, "Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair" Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında" saziş, Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" saziş, "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında", "Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında" Konvensiyaya düzəlişlər edilməsi haqqında" sazişləri müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qeyd olunan məsələlər səsə qoyularaq təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə