Gürcüstanda Ulu Öndərə həsr olunan anım tədbiri keçirilib

Gürcüstanda Ulu Öndərə həsr olunan anım tədbiri keçirilib

Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönömü ilə əlaqədar Gürcüstanın Azərbaycan Tələbələri Asossiyası və Azad zona M.Saakaşvili adına prezident kitabxanasında onun xatirəsinə həsr olunan konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda "Heydər Əliyev həyat yolunun mərhələləri " adlı təqdimat numayiş olunub.

Azad zonanın nümayəndəsi Qela Vasadzade və M.Saakaşvili partiyasının öndə gedən nümayəndələri Koba Xabazi və Ramin Bayramov Ulu Öndərin Azərbaycanın dövlət quruculuğundankı fəaliyyətindən, Azərbaycan - Gürcüstan əlaqələrinin daha da möhkəmlənməsindən danışıblar.

Sonda Ümummilli Lider Heydər Əliyevin adının Qırmızı Körpü keçid məntəqəsinə verilməsi ilə bağlı Gürcüstan hökumətinə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə